Bakıda keçiriləcək Avropa Liqasının final oyununun biletləri satışa çıxarılıb

2-05-2019, 11:23           
Bakıda keçiriləcək Avropa Liqasının final oyununun biletləri satışa çıxarılıb
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.
Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru