Haverts bundesliqanın tarixinə düşdü

16-12-2019, 03:54           
Haverts bundesliqanın tarixinə düşdü
“Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

Publika.az xəbər verir ki, “Köln”lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə “Leyptsiq”li Timo Vernerə məxsus idi.

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.