“Latsio” son dəqiqə qolları ilə qələbə qazanıb 17-12-2019, 02:57 İtaliya A seriyasında XVI tur başa çatıb.Apasport.az saytının məlumatına görə, turun son günündə bir qarşılaşma baş tutub.Çempionlar Liqasına vəsiqə iddiasında olanların duelində “Kalyari” “Latsio”nu qəbul edib. Meydan sahibləri erkən qolla hesabda önə keçiblər. Paytaxt təmsilçisi son dəqiqələrdə vurulan qollarla səfərdən 3 xalla ayrılıb.Qeyd edək ki, A seriyasında növbəti oyunlar dekabrın 18-də keçiriləcək.İtaliya A seriyasıXVI tur16 dekabr“Kalyari” – “Latsio” – 1:2Simeone, 8 – Alberto, 90, Kaysedo, 90+6 Facebook-da paylaş