UEFA avrokuboklarda çıxış edən daha iki kluba texniki məğlubiyyət verib

25-08-2020, 09:35           
UEFA avrokuboklarda çıxış edən daha iki kluba texniki məğlubiyyət verib
UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.

Qol.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ÇL-in 1-ci təsnifat mərhələsində avqustun 19-da Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşmalı olan Slovakiya “Slovan”ına 0:3 hesablı məğlubiyyət verilib.

UEFA "Slovan"ın bir futbolçusu və fizioterapevtində koronavirus aşkarlandığı üçün görüşü avqustun 21-nə təxirə salmışdı. Bratislava təmsilçisinə əvəzedici komandanın üzvləri ilə oynamaq şansı verilsə də, gənc oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyətə səbəb olub. Bununla da “Klaksvik” oynamadan mərhələ adlayıb. Farer adaları təmsilçisi 2-ci təsnifat mərhələsində İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq.

Avropa Liqasının ilkin mərhələsində isə Kosovo “Priştina”sı Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gəlməli idi. Kosovo təmsilçisinin 8 futbolçusu koronavirus yolxduğundan matç təxirə salınmışdı. "Priştina"nın oynamaq istədiyi fərqli heyətdə də virus aşkarlandığı üçün qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA “Priştina”ya da 0:3 hesablı texniki məğlubiyyət verib. Mərhələ adlayan “Linkoln Red İmps” Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqun “Union” Titus Petange” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA daha öncə ÇL-də Kosovonun “Drita” klubuna da texniki məğlubiyyət vermişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.