“Qızıl top”un bərpası üçün petisiya başladı

25-08-2020, 10:04           
“Qızıl top”un bərpası üçün petisiya başladı
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının bu il verilməsi üçün petisiya başlayıb.

Qazet.az xəbər verir ki, petisiyanı “Bleacher Report”un müxbirləri yaradıb və hazırda 140 mindən çox insan imzalayıb.

- Advertisement -

Qeyd edək ki, “France Football” nəşri koronavirus pandemiyasına görə yaranmış problem ucbatından mükafatın bu il heç bir oyunçuya verilməyəcəyini açıqlayıb. “Barselona”nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru