Türkiyə futbolunda yeni liqa yaradıldı

26-08-2020, 00:02           
Türkiyə futbolunda yeni liqa yaradıldı
Türkiyə Futbol Federasiyası (TFF) ölkədə yeni liqanın təsis edilməsi ilə bağlı qərar qəbul edib.

Publika.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, B Komandalar Liqası adlanan yeni çempionatda Super Liqa təmsilçiləri iştirak edəcəklər.

Liqada çıxış etməklə bağlı klublar müstəqil qərar verəcəklər. Yarışda elita təmsilçilərinin yerli və əcnəbi oyunçuları ilə yanaşı, gənc futbolçuları da mübarizə apara biləcəklər.

Mövsümün sonunda çempion komanda 5 milyon, ikinci yerin sahibi 3 milyon, 3-cü pilləni tutan klub isə 2 milyon Türkiyə lirəsi qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru