Mirça Luçesku Kiyev "Dinamo"sunda ilk titulunu qazandı

26-08-2020, 08:16           
Mirça Luçesku Kiyev "Dinamo"sunda ilk titulunu qazandı
Mirça Luçesku Ukraynanın "Dinamo" (Kiyev) futbol komandasının baş məşqçisi kimi ilk titulunu qazanıb.

"Report" xəbər verir ki, rumıniyalı mütəxəssis ölkə Super Kuboku matçında keçmiş klubu Donetsk "Şaxtyor"unu məğlubiyyətə uğradıb - 3:1.

Ukrayna Super Kuboku

"Şaxtyor" (Donetsk) - "Dinamo" (Kiyev) - 1:3

Qollar: Junior Moraes, 37 - Karlos De Pena, 20. Gerson Rodriges, 31. Fran Sol, 83

Bununla da "Dinamo" ardıcıl 3-cü, ümumilikdə 9-cu dəfə Ukrayna Super Kubokunun sahibi olub. Bu isə bu turnirdə rekord göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru