Fyodr Yemelyanenko karyerasını Moskvadakı döyüşündə bitirəcək

26-08-2020, 08:17           
Fyodr Yemelyanenko karyerasını Moskvadakı döyüşündə bitirəcək
MMA-nın (qarışıq döyüş növləri) canlı əfsanəsi, dördqat dünya çempionu Fyodr Yemelyanenko karyerasında son döyüşünü Moskvada keçirə bilər.

"Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Bellator"un prezidenti Skot Koker bildirib ki, rusiyalının potensial rəqibi UFC-nin keçmiş çempionu Fabrisio Verdum ola bilər.

Braziliyalı idmançı isə öz növbəsində bildirib ki, döyüşün taleyini elə ilk raundda həll edəcək.

Əvvəl bildirilirdi ki, Yemelyanenkonun bu döyüşü 2020-ci ilin sonuna planlaşdırılır.

Qeyd edək ki, 43 yaşlı rusiyalı idmançının aktivində 6 məğlubiyyət və 39 qalibiyyət var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru