Ronaldo Messini qabaqlayaraq “Golden Foot” mükafatını qazandı

2-12-2020, 05:38           
Ronaldo Messini qabaqlayaraq “Golden Foot” mükafatını qazandı
“Golden Foot” mükafatının sahibi bəlli olub.

Yenisabah.az xəbər verir ki, Monako knyazı II Albertin təşəbbüsü ilə 2003-cü ildə təsis olunan mükafata Kriştiano Ronaldo sahib çıxıb.

Portuqaliya milisinin və İtaliya “Yuventus”unun ulduzu yaşı 29-dan çox olan futbolçular arasında ən yaxşı seçilib. Ronaldo səsvermədə Lionel Messi, Robert Levandovski, Corco Kyellini, Neymar, Serxio Aquero, Jerar Pike, Məhəmməd Salah, Serxio Ramos və Artur Vidalı arxada qoyub.

Qeyd edək ki, mükafata hər futbolçu yalnız bir dəfə sahib ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru