Türkiyə kuboku: "Fənərbağça" çətin qələbə ilə 1/8 finalda

17-12-2020, 01:00           
Türkiyə kuboku:
Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin daha 5 oyunu keçirilib. "Report"un məlumatına görə, "Fənərbağça" doğma meydanda II liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Meydan sahibləri 29-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Altay Bayındır qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, İstanbul klubu çətin qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib.

Qeyd edək ki, bugünkü matçlardan sonra "Fənərbağça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə ölkə kubokunda mübarizəni dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru