Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)
Dünən, 16:38

Mars planetinə cəmi dörd ayda çatmağı mümkün edən yeni raket sistemi reallığa çevrilə bilər. "Sunbird" adlı bu kosmik vasitənin istifadə etdiyi texnologiya ənənəvi üsullardan tamamilə fərqlənir.
Valyuta.az xəbər verir ki, Böyük Britaniyada yerləşən "Pulsar Fusion" adlı texnologiya şirkəti kosmik səyahət sahəsində inqilab yarada biləcək bir yeniliyi ictimaiyyətə təqdim edib. Şirkətin iddiasına görə, onların hazırladığı yeni nəsil sintezi raketi sayəsində Marsa sadəcə dörd aya çatmaq mümkündür. Bu iddialı layihənin mərkəzində isə "Sunbird" adlanan modul tipli kosmik aparat dayanır.
"Sunbird" klassik raket sistemlərindən fərqli olaraq, kimyəvi yanacaqlardan və ya nisbətən zəif elektrikli itiş sistemlərindən istifadə etmir. Bunun əvəzinə çox daha güclü və səmərəli texnologiyaya - nüvə sintezinə əsaslanır.
"Pulsar Fusion"un açıqlamasına görə, "Sunbird" “Dual Direct Fusion Drive” (Çift yönlü birbaşa sintez sürüşü) adlı sistemlə təchiz edilib. Bu sistem yüksək temperaturda plazmadan istifadə edərək eyni anda həm itmə gücü, həm də elektrik enerjisi istehsal edə bilir. Üstəlik, bu mühərrik ənənəvi füzyon reaktorlardan fərqli olaraq davamlı nüvə reaksiyasına ehtiyac duymur. Onun yerinə, idarə olunan plazma impulsları yaradılır və bu enerji istiqamətləndirilməklə raketə itiş gücü verilir.
Maraqlı cəhətlərdən biri də odur ki, sistemdə əvvəllər "qüsur" hesab edilən bir detal uğura çevrilib: raketdən kənara sızan plazma, əslində, vasitənin yüksək sürətə çatmasında əsas rol oynayır.
"Pulsar Fusion" bu texnologiyanın yalnız Marsa tez çatmaq üçün deyil, eyni zamanda daha uzaq səyahətlər üçün də böyük potensiala malik olduğunu bildirir. Məsələn, Plutona ediləcək bir kosmik missiya bu sistemlə dörd ildən az müddətdə başa çata bilər.
Bəs bu iddialı texnologiya nə vaxt reallaşacaq? Şirkət hələlik real ölçülü bir prototip istehsal etməyib. NASA və digər kosmik agentliklərlə əməkdaşlıq qurulması və Marsa konkret bir missiyanın planlaşdırılması üçün zaman tələb olunur. Lakin mütəxəssislər yaxın illərdə bu tip yenilikçi sistemlərə malik kosmik aparatların orbitə çıxmasının mümkün olduğunu qeyd edirlər.
Digər tərəfdən, İlon Mask və "SpaceX" şirkəti də Mars hədəfindən əl çəkməyib. "Starship" layihəsi ilə insanlı Mars missiyasına hazırlıq aparan Mask bu yarışa böyük resurs və enerji sərf edir. Görünən odur ki, qarşıdakı illərdə Marsa çatmaq uğrunda rəqabət daha da qızışacaq.
Paşa Məmmədli