Ermənistan parlamentinin sədri: Ermənilər Bakıda konyak satacaqlar

30-05-2025, 17:14           
Ermənistan parlamentinin sədri:
Azərbaycan malı Ermənistan bazarlarında, erməni malı isə Azərbaycan bazarlarında peyda olacaq,ermənilər Bakıda konyak da satacaqlar, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq, “bununla barışmaq lazımdır”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün Telegram kanalında yazıb.
Simonyan daha sonra yazıb ki, sülh müqaviləsindən sonra Ermənistan niyə Türkiyə və Azərbaycanla ticarət etməməlidir?
"Bəlkə sərhədləri öz tərəfimizdən bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və digər ölkələrdə ticarət edib və hazırda da bunu edirlər", - o əlavə edib.
"Və Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq", - o, yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru