ABŞ-də ər-arvad evliliklərinin 25-ci ildönümündə lotereyada külli miqdarda pul uddular

30-05-2025, 16:48           
ABŞ-də ər-arvad evliliklərinin 25-ci ildönümündə lotereyada külli miqdarda pul uddular
ABŞ-nin Miçiqan ştatında ər-arvad evliliklərinin 25-ci ildönümündə "Diamonds & Gold" lotereyasında 2 milyon dollar udublar. Cütlük anonim qalmağa üstünlük verib.

Bu barədə "People" nəşri məlumat verib.

"2 milyon dollarlıq uduşumuzla bağlı mesajı görəndə şoka düşdüm. Evilik yubileyimiz üçün ən yaxşı sürpriz oldu!", - deyə qadın bildirib.

Ər-arvad uduşu 1.3 milyon dollar məbləğində birdəfəlik ödəmə şəklində götürməyi, pulun bir hissəsi ilə ev almağı, digər hissəsi ilə isə investisiya qoymağı və kollec xərclərini ödəmək üçün uşaqlarına göndərməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru