Məktəb direktorunun oğlu niyə həbs edilib? - DETALLAR

30-05-2025, 16:32           
 Məktəb direktorunun oğlu niyə həbs edilib? - DETALLAR
Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin direktoru Əfiqə Mustafayevanın oğlu həbs edilib.

Musavat.com xəbər verir ki, direktorun oğlu Zakir Mustafazadə dələduzluqda ittiham edilib.

Zakir Mustafazadə 3 nəfər tanışından onları anasının direktor olduğu məktəbə işə düzəldəcəyini vəd edib. Həmin şəxslərdən 5 min manat məbləğində pul alıb. Vədə əsasən həmin şəxsləri məktəbdə müəlimə kimi işə düzəldəcəkmiş.

Təqsirləndirilən Mustafazadə başqa bir qohumuna qarşı da dələduzluq edərək onunun 13 min manatlıq xırdabuynuzlu heyvanlarını baha qiymətə satacağı vədi ilə alıb. Həmin heyvanları sataraq pulu ələ keçirib.

İstintaq zamanı müəyyən edilib ki, Zakir Mustafazadənin zərərçəkmiş şəxslərə vurduğu ümumi ziyan 31700 manatdır. Mustafazadənin ailəsi həmin zərərdən 14700 manatı ödəyib.

Zakir Mustafazadə ifadəsində deyib ki, zərərçəkmiş kimi tanınan şxəslərdən pulu onları işə düzəltmək üçün yox, borc kimi alıb. O, azadlığa buraxılacağı təqdirdə zərərin qalan hissəsinin ödənilməsinə çalışacağını bildirib.

Məhkəmədə Zakirin direktor anası da şahid qismində ifadə verib. Bildirib ki, bir müddət əvvəl oğlu avtomobil qəzası keçirdiyi üçün borcları yaranıb. Həmin şəxslərdən də pulu borclarını qaytarmaq üçün alıb.

Törətdiyi əməllərə görə 26 yaşlı Zakir 2 il 9 ay müddətinə azadlıqdan məhrum edlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru