Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif

30-05-2025, 15:58           
Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif
Əmək miqrantlarını Rusiya ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur.

TASS xəbər verir ki, Rusiya Dövlət Dumasının "Yeni insanlar" fraksiyasının deputatları sözügedən təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Deputatların təklifinə əsasən, əmək miqrantları Rusiyada qanunvericiliyi pozduqları halda həmin depozit onların deportasiya xərclərini qarşılamağa xidmət etməlidir.

Deputatlar vurğulayıblar ki, 2024-cü ildə xarici vətəndaşların Rusiyadan deportasiyası üçün federal büdcənin xərcləri bir milyard rublu (21 milyon manatdan çox - red.) ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru