“Stress yaşadıqdan bir həftə sonra şəkərli diabet aşkar edilə bilər” – Endokrinoloq

30-05-2025, 16:44           
“Stress yaşadıqdan bir həftə sonra şəkərli diabet aşkar edilə bilər” – Endokrinoloq
“Şəkərli diabet stress yaşadıqdan bir həftə sonra aşkar edilə bilər”.
Bunu RİA Novosti-yə rusiyalı akademik, Endokrinologiya üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin və Rusiya Endokrinoloqlar Assosiasiyasının prezidenti İvan Dedov deyib.
Həkim stressin immunitet sistemini məhv etdiyini vurğulayıb.
Nümunə olaraq o, gəzinti zamanı itin nənənin əlindən çıxaraq maşınla vurulması hadisəsini danışıb. Hadisə nəvənin gözü qarşısında baş verib. Akademikin sözlərinə görə, bir həftə sonra uşağa şəkərli diabet diaqnozu qoyulub.
Dedov əlavə edib ki, bu gün stress müxtəlif xəstəliklərin baş verməsinin əsas amillərindən biridir. \\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru