Məşhur restoranlar şəbəkəsinin dövlətə 1.5 milyon manata yaxın borcu var

30-05-2025, 15:34           
Məşhur restoranlar şəbəkəsinin dövlətə 1.5 milyon manata yaxın borcu var
Məşhur ictimai iaşə obyektlərinin şəbəkəsinin daxil olduğu “Özsüt Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

TEREF Pravda.az-a istinadla xəbər verir ki, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə dekabrın 17-də baxılacaq.

Xatırladaq ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyevdir. Şirkətin dövlətə 1 476 020 AZN borcu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru