“Fənərbaxça” və “Qalatasaray” qələbə qazanıb, Özilin debütü uğurlu, Kocamanın uğursuz alınıb

3-02-2021, 07:22           
“Fənərbaxça” və “Qalatasaray” qələbə qazanıb,
Türkiyə Super Liqasında XXIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 3 oyun keçirilib.

Ötən turda liderliyi ələ keçirən “Fənərbaxça” “Hatayspor”un qonağı olub. Məsut Özilin son 15 dəqiqədə debüt etdiyi matçda “sarı-lacivərdlilər” minimalhesablı qələbəyə sevinib.

Baş məşqçi dəyişikliyinə gedən çempion “Başakşəhər” Aykut Kocamanın rəhbərliyi altında çıxdığı ilk görüşündə səfərdə “Qalatasaray”a böyük hesabla məğlub olub. “Cim-bom”un yeni transferi olan misirli Mustafa Məhəmməd debütünü qolla qeyd edib.

“Rizəspor”la “Kasımpaşa”nın dueli isə sülhlə nəticələnib.

Qeyd edək ki, turun digər oyunları 3-4 fevralda keçiriləcək.

Türkiyə Super Liqası
XXIII tur
2 fevral
“Hatayspor” – “Fənərbaxça” – 1:2
Bupendza, 90 – Tiam, 26, Billonq, 88
“Qalatasaray” – “Başakşəhər” – 3:0
Onyekuru, 45, Donk, 64, Məhəmməd, 90 (pen.)
“Rizəspor” – “Kasımpaşa” – 1:1
Doğan Ərdoğan, 85 – Telin, 90+1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru