Avropa çempionatı: Güləşçimiz erməniyə rəqib oldu

19-04-2021, 00:09           
Avropa çempionatı:
Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün sərbəst güləş yarışlarının püşkü atılıb.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan pəhləvanlarından Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyana rəqib olub.

Püşkün nəticələri:

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)

65 kq
1/8 final: Əli Rəhimzadə – Gevorq Tadevosyan (Ermənistan)

70 kq
1|8 final: Turan Bayramov – Nikolae Kojokaru (Böyük Britaniya)

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, aprelin 19-da 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru