Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı

3-05-2021, 09:01           
Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırdı
İspaniya Primerasının XXX turunun matçında "Valensiya" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, Valensiyadakı “Mestalya” stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə bitib. “Barselona”nın heyətində Lionel Messi dubl edib, digər qolu isə Antuan Qrizman adına yazdırıb.

Argentinalı hücümçü qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurulan qolların hesabını 50-yə çatdırıb.

Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 32 görüşdə 28 qol vurub və 11 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru