Bakı AVRO-2020-nin populyar şəhərləri arasında ikinci yerdədir

11-06-2021, 00:07           
Bakı AVRO-2020-nin populyar şəhərləri arasında ikinci yerdədir
11 iyunda başlayacaq Avropa Futbol Çempionatı ərəfəsində “TurStat” idman və turizm portalı, “Radisson Hotel Group” ilə birlikdə AVRO-2020-nin turistlər tərəfindən populyar olan şəhərlərinin reytinqini təqdim edib.

Demokrat.az xəbər verir ki, siyahıya əsasən AVRO-2020 turistləri üçün şəhərlər arasında ilk üçlüyə Sankt-Peterburq, Bakı və Budapeşt daxil olub.

Sankt-Peterburqda AVRO-2020-nin yeddi oyunu, Bakı və Budapeştin isə hər birində dörd görüş keçiriləcək. Rusiyalı turistlərin Azərbaycana və Macarıstana girişinə icazə verilir.

UEFA-nın tələbinə görə AVRO-2020-nin Sankt-Peterburq və Bakıda keçiriləcək oyunlarına stadion tutumunun 50%-nə qədər (31 min nəfərə qədər), Budapeştdə isə 100% (61 min nəfər) icazə verilir.

Qeyd edək ki, qitə birinciliyi 11 iyundan 11 iyul tarixinədək Avropanın 11 şəhərində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru