Voleybol üzrə millimizin Macarıstan və Belarus yığmaları ilə oyunlarının vaxtı müəyyənləşib İDMAN

21-07-2021, 07:07           
Voleybol üzrə millimizin Macarıstan və Belarus yığmaları ilə oyunlarının vaxtı müəyyənləşib İDMAN
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.

Trend xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-dək Bakıda təlim-məşq toplanışı ilə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

Millimiz iyulun 21-də və 23-də Macarıstan, ayın 22-də və 25-də isə Belarus seçməsi ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru