Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib

21-09-2021, 09:48           
Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib
İngiltərənin "Mançester Yunayted" və "Tottenhem", Almaniyanın "Bayer" (Leverkuzen) klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

"Report" "Bulgarian Football" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçunun namizədliyini "MOİK-Sofiya" daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də gerçəkləşəcək.

Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.