Rafael Ağayev nokautun ƏVƏZİNİ ÇIXDI: 6 il əvvəlin QİSASINI BELƏ ALDI - VİDEO

27-06-2022, 19:46           
Rafael Ağayev nokautun ƏVƏZİNİ ÇIXDI: 6 il əvvəlin QİSASINI BELƏ ALDI - VİDEO
Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev "Karate Combat" turnirində üçüncü döyüşünü keçirib. Onun budəfəki rəqibi prinsipiallığı ilə əvvəlki iki rəqibindən daha üstün idi.

Teref.az Milli.Az-a istinadən xəbər verir ki, belə ki, "Karate Combat"da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.

Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, "Karate Combat"da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.

Qeyd edək ki, karatedən fərqli olaraq "Karate Combat"da kontakt zərbəyə icazə verilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.