“Napoli”dən darmadağın, “Yuventus” tək, “İnter” üç qola sevindi – YENİLƏNİB + VİDEO

30-10-2022, 09:45           
“Napoli”dən darmadağın, “Yuventus” tək, “İnter” üç qola sevindi – YENİLƏNİB + VİDEO
İtaliya A seriyasında XII turun maraqlı oyunlarından biri də Milanda baş tutub.

Oxu.Az xəbər verir ki, “İnter” “Sampdoriya”nı qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


22:51

İtaliya A seriyasında XII tur davam edir.

Oxu.Az xəbər verir ki, günün iki maraqlı oyunundan biri Neapol, biri isə Leççedə baş tutub.

“Napoli” “Sassuolo”nu qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:0.

Son günlərin parlayan ulduzu Xviça Kvarasxeliya bu oyunda da qəhrəmanlardan birinə çevrilib. O, komandasının qələbəsinə iki məhsuldar ötürmə və bir qolla töhvə verib. Osimhen isə het-triklə darmadağında əsas rol oynayıb.


Günün ikinci matçında isə “Yuventus”u qəbul edən “Leççe” minimalhesablı məğlubiyyətə üzülüb – 0:1.

“Yuventus”un yeganə qolunu Faqioli vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru