Messi ən yaxşı seçildi

23-06-2023, 08:34           
Messi ən yaxşı seçildi
2023-cü ildə idman performansı üzrə Mükəmməllik İllik Mükafatının (ESPY) qalibi məlum olub.

Fanat.az xəbər verir ki, namizədlər arasında basketbolçu Nikola Jokiç, beyzbolçu Aaron Cuç, ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi və “Kansas”ın oyunçusu Patrik Mahomes yer alıb.

Nəticədə, Argentina milli komandasının heyətində DÇ-2022-nin qalibi olan Messi mükafata sahib çıxıb və ən yaxşı atlet adına yiyələnib.

Xatırladaq ki, o, iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru