“Real Madrid” və PSJ Mbappenin transferi ilə bağlı razılığa gəliblər

23-06-2023, 09:58           
“Real Madrid” və PSJ Mbappenin transferi ilə bağlı razılığa gəliblər
Kilian Mbappe tezliklə “Real Madrid”ə keçəcək.

Məlumata görə, kral klubu hücumçunun transferinə dair PSJ ilə razılığa gəlib.

PSJ-nin sahibi Təmim bin Həməd Əl Tani “Real”ın prezidenti Florentino Pereslə danışıqlardan sonra futbolçunu satmağa razılaşıb.

Transferin ümumi məbləği 250 milyon avro olacaq. 200 milyon dərhal ödəniləcək, daha 50 milyon oyunçunun oynadığı matçlara və “Qızıl top”u qazandığına görə bonus şəklində veriləcək.

Qeyd edək ki, Kilian ötən mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 29 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru