Neymar icazəsiz tikdirdiyi villaya görə 1 milyon dollar cərimələnə bilər - FOTO

24-06-2023, 12:08           
Neymar icazəsiz tikdirdiyi villaya görə 1 milyon dollar cərimələnə bilər - FOTO
PSJ-nin futbolçusu Neymar 1 milyon dollar cərimələnə bilər.

Buna braziliyalı forvardın ölkəsində icazəsiz malikanə tikdirməsi səbəb olub. Neymarın Rio-de-Janeyrodan 130 kilometr aralıdakı villası ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan tikilib. Bu barədə şəhər meriyası məlumat yayıb.

Səlahiyyətlilər “müxtəlif ekoloji pozuntular”, o cümlədən, su yolunun dəyişdirilməsi və suyun icazəsiz çaydan kənara çıxarılması faktını da aşkar ediblər. Onlar həmçinin, icazəsiz qazıntı işlərini, torpaq, daş və qayaların qazılmasını, icazəsiz çimərlik qumundan istifadəni qeydə alıblar.
Malikanə ətrafına baxış zamanı Neymarın atası da hadisə yerində olub. O, məmurlarla mübahisə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru