Messini görmək üçün min kilometr yol qət etdi, arzusu ürəyində qaldı - VİDEO

26-06-2023, 12:54           
Messini görmək üçün min kilometr yol qət etdi, arzusu ürəyində qaldı - VİDEO
ABŞ-də azarkeşlərdən biri “İnter Mayami”nin yeni transferi Lionel Messini izləmək üçün Filadelfiyaya qədər 1200 mil (təxminən iki min km) məsafə qət edib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin fanat argentinalı ulduzun oyununu izləmək üçün ölkə çempionatının “Filadelfiya” - “İnter Mayami” (4:1) oyununa gedib.

Lakin azarkeşin arzusu ürəyində qalıb. Messi hələ ABŞ klubuna qoşulmadığı üçün ötən gecə baş tutan matçın iştirakçısı olmayıb. O, Argentina millisinin keçmiş futbolçusu Maksi Rodrigezin vida matçında iştirak edib.

Məsələdən xəbərdar olduqdan sonra azarkeşin məyusluğu nəzərdən qaçmayıb.


Bir müddət əvvəl PSJ-dən “İnter Mayami”yə keçən L.Messinin iyulun 21-də yeni komandasında debüt edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru