Mbappenin “Liverpul”a son sözü nə olub? - Məşhur insayder açıqladı

14-02-2024, 07:34           
Mbappenin “Liverpul”a son sözü nə olub? -
Fransa millisinin və PSJ-nin ulduzu Kilian Mbappe "Liverpul"un təklifinə cavab verib.

Fanat.Az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərənin top klubuna keçməkdən imtina edib.

Mənbənin məlumatına görə, Mbappe baş məşqçi Yürgen Kloppun yaxınlarda gedişi səbəbindən Mersisayd nəhənginə keçməyəcək. Kilianı alman məşqçi ilə işləmək fürsəti cəlb edib, lakin Klopp getdiyini elan etdikdən sonra "qırmızılar" artıq fransız oyunçunun maraqlarında deyil.

“Real Madrid” hücumçuya əsas namizəd hesab olunur. "Kral klubu"nun Mbappeni bu yay transfer edəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru