Çempionlar Liqası: PSJ-dən inamlı qələbə, “Latsio”dan sensasiya - VİDEO

15-02-2024, 10:18           
Çempionlar Liqası: PSJ-dən inamlı qələbə, “Latsio”dan sensasiya - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.

Nəinki bu matçın, hətta turnirin favoritlərindən sayılan “Bavariya” “Latsio”nun qonağı olub. Mühnen klubu 67-ci dəqiqədə azlıqda qalıb. Upomekanonun meydandan qovulmasından sonra təyin edilən penaltini İmmobile dəqiq yerinə yetirib. Bu, görüşdə yeganə qol olmaqla italyanların qələbəsini təmin edib - 1:0.
Günün digər matçında PSJ “Real Sosyedad”ı qonaq edib. Qarşılaşma proqnozlaşdırılan ssenari üzrə baş tutub və ev sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. 58-ci dəqiqədə Mbappe və 70-ci dəqiqədə Barkola fərqləniblər - 2:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru