Türkiyə Superkubokunun yeni tarixi

20-02-2024, 08:14           
Türkiyə Superkubokunun yeni tarixi
Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

TEREF İdman.Biz-ə istinadən bildirir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq oyun aprelin 3-də təşkil ediləcək.

Qarşılaşma Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların qadağaları üzündən komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru