La Liqa: “Atletik”-“Jirona” matçında beş qol vuruldu - VİDEO

20-02-2024, 12:58           
La Liqa: “Atletik”-“Jirona” matçında beş qol vuruldu - VİDEO
İspaniya La Liqasında 25-ci turun oyunlarına yekun vurulub.

Turun son qarşılaşmasında turnir cədvəlinin üst pillələrində qərarlaşan iki klub - “Atletik” və “Jirona” üz-üzə gəlib.

Bilbaoda baş tutan matçda azarkeşlər beş qola şahidlik ediblər. Oyun ərzində qonaqlar ev sahiblərinin vurduğu üç qoldan yalnız ikisinin əvəzini çıxa biliblər. Yekunda görüş 3:2 “Atletik”in xeyrinə tamamlanıb.
Bu məğlubiyyətdən sonra “Jirona” 56 xalla turnir cədvəlində ikinci yerdə qalsa da, lider “Real Madrid”lə altı xallıq fərqi azaltmaq şansını əldən verib. “Atletik” isə 49 xalla beşincidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru