Məşhur rusiyalı alpinist Qırğızıstanda itkin düşüb, axtarışa PUA-lar cəlb edilib - FOTOLAR

21-02-2024, 10:14           
Məşhur rusiyalı alpinist Qırğızıstanda itkin düşüb, axtarışa PUA-lar cəlb edilib - FOTOLAR
Məşhur rusiyalı alpinist Yevgeni Qlazunov Qırğızıstanda yerləşən Aksu zirvəsinə təkbaşına qalxarkən itkin düşüb.

Məlumatı Qırğızıstanın Alpinizm və Dırmanma Federasiyası yayıb.

“Hazırda Yevgeni Qlazunovun axtarışları davam etdirilir, lakin əraziyə çoxlu qarın yağması axtarış işlərini çətinləşdirir”, - deyə federasiyanın məlumatında qeyd olunub.

Məlumatda, həmçinin qeyd olunur ki, Y.Qlazunovun axtarışlarına, o cümlədən pilotsuz uçan aparatlar da cəlb edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru