Dünyanın ən zəngin futbolçusu: Ronaldo və Messi deyil, Faiqdir - FOTO

21-02-2024, 18:27           
Dünyanın ən zəngin futbolçusu: Ronaldo və Messi deyil, Faiqdir - FOTO
Dövrümüzün ən zəngin futbolçusunun adı açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Tailandın “Çonburi” komandasında çıxış edən Faiq Bolkiahdır. "Forbes" jurnalının məlumatına görə, onun sərvəti 16 milyard funt-sterlinqdir.

Bu, dünya şöhrətli futbol ulduzları Kriştiano Ronaldo və Lionel Messinin birgə sərvətindən 12 dəfə çoxdur.

Bolkiah çox varlı bir ailədəndir. Atası Bruney sultanıdır və dünyanın ən zəngin monarxlarından biri hesab olunur.

Faiq Bolkiah "Sauthempton", "Lester", "Arsenal" və "Çelsi" kimi klubların aşağı yaş qrupları komandalarında çıxış etsə də, İngiltərə Premyer Liqasında debüt edə bilməyib. Hazırda ölkəsində - "Ratçaburi" komandasına "top qovur".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru