Messi Azərbaycan səfərindən paylaşım edib

13-12-2024, 08:45           
Messi Azərbaycan səfərindən paylaşım edib
Dekabrın 11-də Azərbaycanda səfərdə olmuş argentinalı futbol ulduzu Lionel Messi bununla bağlı "Instagram" səhifəsində paylaşım edib.
Qeyd edək ki, dünya çempionu, 8-qat "Qızıl top" mükafatçısı Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzində olublar. Bakı səfərində Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.

Futbol əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakı Kristal Zalında təşkil olunan tədbirdə pərəstişkarlarla görüşüblər.

Xatırladaq ki, minlərlə fanatın qatıldığı tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Oxu.Az həmin görüntüləri təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru