"Qarabağ"ın məğlubiyyəti Azərbaycanın UEFA-nın əmsallar cədvəlində yerinə təsir etdi

13-12-2024, 10:47           
"Qarabağ"ın məğlubiyyəti Azərbaycanın UEFA-nın əmsallar cədvəlində yerinə təsir etdi
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə "Elfsborq"a uduzması (0:1) Azərbaycanın əmsallar cədvəlində bir pillə geriləməsinə səbəb olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.

Ötən gün bu turnirdə "Ludoqorets"in Niderlandın "AZ Alkmaar" komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən, 27-ci sıradadırlar.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru