“Panatinaikos”la oyuna Azərbaycan klububun bazasında HAZIRLAŞACAQLAR

14-12-2024, 08:34           
“Panatinaikos”la oyuna Azərbaycan klububun bazasında HAZIRLAŞACAQLAR
Minskin “Dinamo” komandası Konfrans Liqasının sonuncu - 6-cı turunun oyununa Azərbaycanda hazırlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə klubun baş məşqçisi Vadim Skripçenko məlumat verib.

“Dinamo” dünən Konfrans Liqasının 5-ci turunda Şimali İrlandiyanın “Larn” komandası ilə Sumqayıtda qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Matçdan sonra təşkil edilən mətbuat konfrasında belaruslu mütəxəssis deyib ki, komandası yaxın 1 həftəni Bakıda keçirəcək.

“Qarşıdakı 5 gündə “Sabah”ın bazasında məşq edəcəyik. Bu klub bizə belə bir imkan yaradıb” - deyən baş məşqçi KL-in 6-cı turunun “Panatinaikos”la oyununa sabahdan start verəcəklərini deyib.

Dekabrın 17-də isə “Dinamo” həmin oyun üçün Afinaya yola düşəcək. Oyun dekabrın 19-da keçiriləcək.

Xatırladaq ki, Rusiya - Ukrayna müharibəsinə görə UEFA Belarus klublarına öz ölkələrində avrokubok matçları keçirməyi qadağan edib. Bu səbəbdən “Dinamo” Minsk bu mövsüm Liqa mərhələsində ev matçlarını Sumqayıtda keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru