La Liqa: "Real Madrid" "Barselona"nı ötə bilmədi VİDEO

15-12-2024, 12:44           
La Liqa: "Real Madrid" "Barselona"nı ötə bilmədi  VİDEO
İspaniya La Liqasında 17-ci tur matçları oynanılır.

Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" paytaxt derbisində "Rayo Valyekano"nun qonağı olub.

Kral klubu oyunun əvvəlində 2 top fərqi ilə geri düşsə də, ardıcıl 3 qolla geridönüş edib. Lakin meydan sahibləri daha bir dəqiq zərbə ilə hesabı bərabərləşdirməyi bacarıblar - 3:3. Matç elə bu nəticə ilə də başa çatıb.

Hazırda "Real" 37 xalla turnir cədvəlində 2-ci pillədədir. Onun rəqibi isə 20 xalla 13-cü yerdə qərarlaşıb. La Liqaya 38 xala malik "Barselona" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru