"Şamaxı" daha bir futbolçusu ilə vidalaşdı

29-05-2025, 08:36           
"Şamaxı" daha bir futbolçusu ilə vidalaşdı
"Şamaxı" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vasiliye Bakiçin başa çatan müqaviləsi uzadılmayıb.

25 yaşlı serbiyalı müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, daha əvvəl Brahim Konate "Şamaxı"dan ayrılaraq, "Zirə" ilə müqavilə bağlayıb, Alfons Msanqa ilə yeni sözləşmə əldə olunub.

Xatırladaq ki, ötən gün yarımmüdafiəçi Leroy Mikels də "Şamaxı"dan ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru