DÇ-2026: Bilet satışlarına bu tarixdən start veriləcək
Bu gün, 12:18
FIFA 2026-cı il dünya çempionatı üçün bilet satışının birinci mərhələsinin sentyabrın 10-da başlayacağını açıqlayıb.
Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Müraciətlərin sayı biletlərin sayından çox olarsa, onların sahibləri təsadüfi qaydada müəyyən ediləcək.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək . İlk dəfə olaraq turnirin final mərhələsində 48 komanda çıxış edəcək. Son olaraq 2022-ci ildə Argentina mundialın qalibi olub.