15-ci qızılı qazanan boksçumuza medalı Prezident İlham Əliyev təqdim edib - FOTO

26-06-2015, 11:10           

Azərbaycan Avropa Oyunlarında 15-ci qızıl medalını qazanıb.


81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov final qarşılaşmasında italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri arenada final oyununu izləyiblər.
Oyunun sonunda boksçumuza medalı dövlət başçısı təqdim edib.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.