Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq. Azərbaycan yığmasının 5 cüdoçusu yarışır.
Kişilər arasında 73 kq çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Kristofer Voelk (Almaniya) – Yaromir Yezek (Çexiya) cütünün qalibini gözləyir.
Qadınlar arasında 63 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina, Nuriyyə Axundova polşalı Aqata Ozdoba ilə qarşılaşacaq.
70 kq çəkidə Nərgiz İbrahimovanın rəqibi xorvatiyalı Barbara Matiç, Validə Mirzəzadənin rəqibi isə Roksana Teymansdır (Belçika).
Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.