Gənclər arasında futbol üzrə Avropa çempionatının qalibi məlum olub
1-07-2017, 07:24
U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.
Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.
Bu, “bundestim”in U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudur. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.
Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.