İki klubumuz Avroliqada növbəti mərhələyə adladı – VİDEO
7-07-2017, 00:49
Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Bakıda “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edən “İnter” yenə də sevinən tərəf olub.
İlk matçda 3:0 hesablı qələbə qazanan “bankirlər” bu dəfə rəqib qapısından iki cavabsız top keçiriblər.
“İnter”in heyətində Denis Silva Kruz (23-cü dəqiqə) və Nizami Hacıyev (74-cü dəqiqə) fərqləniblər.
Səfərdə Lüksemburqun “Differdanj” klubunun qonağı olan “Zirə” isə 2:1 hesablı qələbə qazanıb.
Qəsəbə təmsilçisi oyunun əvvəlində hesabda geri düşsə də, sonradan David Manqa və Riçard Qadzenin qolları ilə vəziyyəti öz xeyrinə dəyişib. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən “Zirə” adını növbəti mərhələyə yazdırıb.
Avropa Liqasının II təsnifat mərhələsində “İnter” Lüksemburqun “Fola” klubu ilə, “Zirə” isə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq.