“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub
7-07-2017, 08:23
“Qəbələ” komandasının Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. “Report”un məlumatına görə, Azərbaycan təmsilçi Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq. “Yagelloniya” hər iki matçda Gürcüstanın Batumi “Dinamo”sunu məğlub etməklə (1:0, 4:0) II təsnifat mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan çempionatının gümüş mükafatçısı olan “Qəbələ” Avropa Liqasına mübarizəyə II təsnifat mərhələsindən başlayır.