İranlı futbol ulduzları qadınların tribunalara buraxılmasına çağırır

11-07-2017, 09:37           

İki tanınmış İran futbolçusu böyük idman yarışlarında qadınların iştirakına qoyulan mәhdudiyyәtlәri aradan qaldırmaq üçün çağırış edib. Bavariyanın keçmiş futbolçusu vә İranda bütün zamanların әn yaxşı futbolçularından olan Ali Karimi iyulun 10-da prezident Hәsәn Ruhaniyә vә İran Futbol Federasiyasına çağırış edib. O bildirib ki, futbol qarşılaşmalarını vә digәr idman yarışmalarını yaxından izlәmәk qadınların da haqqıdır. İran milli komandasının iki dünya çempionatında kapitanı olmuş Mesud Shojaei dә qadağanın aradan qaldırılması üçün prezident Hәsәn Ruhaniyә çağırış edib. Mesud Shojaei sosial mediadan yaydığı video müraciәtindә bildirib ki, “futbol bir çox iranlı qadınların xәyalıdır. Әgәr bu qadağa aradan qaldırılsa hәtta 200 minlik yeni stadion tikmәk mәcburiyyәtindә qalacağıq. Çünki qadınların stadinlara sel axınının şahidi olacağıq. Ümid edirәm ki, bu yaxın zamanda olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.