Yığmamızın sabiq baş məşqçisi həbs olundu

2-08-2017, 10:07           
Yığmamızın sabiq baş məşqçisi həbs olundu
Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher həbs olunub.

teref.az - nun Apasport.az-a istinadən məlumatına görə, avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda beynəlxalq axtarış elan olunmuşdu. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Onun məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.

Qeyd edək ki, Zayzenbaher 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.