Türk qapıçıya ağır ittiham: Sən satqınsan!

10-08-2017, 01:15           
Türk qapıçıya ağır ittiham: Sən satqınsan!
"Qalatasaray"dan "Malaqa"ya transfer edilən Cenk Gönen tənqidlərə tuş gəlib.

O, komandasına məğlubiyyət gətirən qola səbəb olmaqda ittiham olunub.

İspaniya mətbuatında manşet olan türk futbolçu haqda bunları yazıblar:

AS: "Absurd qoldur. Türk qapıçı topu idarə etməyi və komanda yoldaşına verməyi bilmir".

El Mundo Deportivo: "Joselu Cenk Gönen incə təklifini rədd etmədi".

Azarkeşlər isə sosyal şəbəkələrdə onu satqınlıqda ittiham edib.

Qeyd edək ki, Cenk "Malaqa"ya 1 milyon avro qarşılığında keçib. (aut.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.