AFFA rəhbərliyi Hafiz Məmmədova möhtac qaldı

17-08-2017, 14:05           
AFFA rəhbərliyi Hafiz Məmmədova möhtac qaldı
Futbol üzrə Azərbaycan çempionatında idarəçilik edən hakimlər çıxılmaz vəziyyətdə qalıblar.

Yenicag.az xəbər verir ki, AFFA tərəfindən ədalət təmsilçiləri üçün məşq meydançası tapmaq mümkün olmayıb.

Sonda isə referilərə yardım əlini “Bakı” klubu uzadıb. Hazırda həvəskarlar liqasında mübarizə aparan klubun bazasında hakimlərin 3 günlük hazırlıq prosesinə start verilib.

Maraq üçün bildirək ki, AFFA rəhbərliyi ilə “Bakı” prezidenti Hafiz Məmmədov arasında “soyuq müharibə” davam edir. Bunun nəticəsi kimi, assosiasiya rəhbərliyi paytaxt təmsilçisinə qarşı biganəliyi ilə yadda qalıb. Hazırda “zolaqlılar”ın həvəskarlar liqasında çıxış etməsini də bununla əlaqələndirsək, yanılmarıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.